"Əmimin sayəsində ev aldım"

"Əmimin sayəsində ev aldım"
2141 dəfə oxunub
  • A-
  • A
  • A+

"Musiqi aləmində yeganə adamam ki, əziyyət çəkməmişəm. Orta məktəbi qurtarandan sonra əmim Niyaməddin Musayevin köməkliyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul oldum. Heç bilmirdim harada yerləşir. Əlimdən tutub apardı".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Cabbar Musayev "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, sənətdə ona əmisi, Xalq artisti Niyaməddin Musayev yardım edib:

"Sonra əziyyət çəkmədən "Röya" ansamblının solisti oldum. Əmim məni toylara apardı. Əmimin sayəsində ev aldım, əziyyət çəkmədən. Sonra sintezator aldım. Əlimin pula çatması, ayaqüstə dayanmağım əmim sayəsindədir".