Alsu boşanmanın baş tutmama səbəbini açıqladı

Alsu boşanmanın baş tutmama səbəbini açıqladı
1476 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın sonundan etibarən sevınləri məşhur müğənni Alsunun sosial şəbəkə hesablarını yaxından izləməyə başlayıb. Buna səbəb isə onun şəxsi həyatında baş verənlərdir.

Axşam.az xəbər verir ki, sənətçi 18 il birlikdə yaşadığı həyat yoldaşı Yan Abramovdan boşanmaq üçün məhkəməyə müraciət edib. İnsayder bu qərarın səbəbinin sahibkarın xəyanəti olduğunu bildirib. Daha sonra Alsu Anastasiya Reşetovanın həyat yoldaşı ilə eşq yaşadığı xəbərlərini təsdiqləyən şərhlər yazıb.

Cütlüyün boşanma işi hələ ki, baş tutmayıb. Buna səbəb isə Yanın boşanmaq istəməməsi və hakimin onlara barışıq üçün vaxt verməsi olub.

Alsu məhkəmənin uzanması ilə bağlı "Məhkəmə ailəni qorumaq və barışıq əldə etmək üçün deyil, əmlak bölgüsü şərtlərini sülh yolu ilə həll etmək üçün 2 ay təxirə salınıb. Mənim tərəfimdən qərar birmənalı olaraq qəbul edilib, geriyə yol yoxdur" açıqlamasını verib.

Cütlüyün Moskva və Londonda iki ev, həmçinin Moskva yaxınlığındakı malikanə və Alsounun atasının nəvələrinə verdiyi Krımda bir mülkü var. 

Qeyd edək ki, Alsu və Yan Abramov 2006-cı ildən evlidirlər. Onların üç övladı var: 17 yaşlı Safina, 16 yaşlı Mikella və müğənninin üzünü yalnız ötən il ictimaiyyətə nümayiş etdirdiyi 7 yaşlı Rafael.