Koreyalı blogerin Şəki və İsmayıllı gəzintisi - Video

Koreyalı blogerin Şəki və İsmayıllı gəzintisi - Video
1296 dəfə oxunub
  • A-
  • A
  • A+

Koreyalı bloger Hyunseo Park Azərbaycana gəlib. 

Axşam.az xəbər verir ki, o, Bakını gəzməklə yanaşı Şəki və ismayıllıya da yollanıb. 

Şəkiyə heyran qaldığını yazan Hyunseo "Bura eramızdan əvvəl VI əsrdən mövcuddur. O qədər gözəl idi ki, nağıl qəhrəmanlarına bənzəyirdi. Təbiətin, insanların, tarix və sənətin bir arada yaşadığı Şəkidə" deyə, təəssüratlarını bölüşüb. 

Bakını gəzən bloger "Avropa və Asiyanın kəsişməsində yerləşən sirli ölkə. Müasir memarlıq və köhnə tarixin birləşməsi. Azərbaycanın paytaxtı Bakıya səyahətə getdim: İçəri şəhər, Qız qalası, Dağüstü park, Alov Qülləsi" deyə, paylaşımında qeyd edib.