"Kızılcık şerbeti" serialında rol alan Doğukan Güngör ötən günlərdə "Survivor"All Star"ın iştirakçısı Aleyna Kalaycıoğlu ilə görüntülənib.
Axşam.az xəbər verir ki, eşq yaşadığı iddia edilən cütlük münasibətləri ilə bağlı açıqlama verib. Belə ki, sahildə qucaqlaşsalar da Aleynanın Doğukanla sevgili olmadığını söyləməsi müzakirə yaradıb.
"Dostumun dostudur. Çimərlikdə birlikdə idik. Telefonda bir şey göstərirdi. Gün olduğu üçün qolunu çiynimə atdı və elə bir görüntü yarandı. İndi heç dostum da deyil. Aramızda bir şeyin olması imkansızdır" deyə, o, açıqlayıb.