İki qadın məşhur yazarı cinsi təcavüzdə ittiham edir

İki qadın məşhur yazarı cinsi təcavüzdə ittiham edir
492 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur 63 yaşlı ingilis yazar Nil Geyman cinsi istismarda ittiham edilir.

Axşam.az xəbər verir ki, bununla bağlı 2 qadın yazardan şikayətçi olub.

Onların sözlərinə görə, Nil görüşdükdən bir neçə saat sonra onlardan birinə təcavüz edib. Həmin vaxt qadının təxminən 20, Nilin isə 40-a yaxın yaşı olub. Həmin vaxt yazar evli olub.

İkinci qadın isə dayə kimi işə düzəldiyini və elə həmin gün cinsi istismara məruz qaldığını açıqlayıb. Qadının o zaman 22, yazarın isə 61 yaşı olub.

Nil özü ona qarşı zorakılığı inkar etsə də, hamamda onu öpdüyünü etiraf edib.

Hazırda Yeni Zelandiya polisi şikayətlərlə bağlı araşdırma aparır.