Rasim Balayev əməliyyat olundu

Rasim Balayev əməliyyat olundu
1655 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Rasim Balayev əməliyyat olunub.

Bu haqda Axşam.az-a açıqlamasında aktyor özü məlumat verib. O bildirib ki, uzun illərdir bel yırtığından əziyyət çəkir:

"8-9 ildir mənim belimdə problem var. Gəzmədiyim klinika qalmayıb. Həkimlər fizioterapiya məsləhət görmüşdülər. Sən demə, illərdir məni yanlış müalicə edirlərmiş. Fizioterapiya ziyan imiş. Bel yırtığını aradan qaldırmaq üçün əməliyyata ehtiyac var imiş. Müalicə tamam sinirimi korlamışdı, yeriməkdə çətinlik çəkirdim. Sol ayağımı ata bilmirdim. İndi yaxşıyam, həkimlər deyir ki, 3 həftədən sonra əməliyyat müsbət nəticəsini göstərəcək".

R.Balayev əlavə edib ki, illər əvvəl çəkilişdə atdan yıxıldığı üçün belində yırtıq yaranıb.