Bu tarixi abidələr bərpa ediləcək

Bu tarixi abidələr bərpa ediləcək
399 dəfə oxunub
  • A-
  • A
  • A+

Cəlilabad rayonunda qarşıdakı illərdə iki abidənin bərpası nəzərdə tutulur.

Axşam.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsindən bildirilib.

Bərpası gözlənilən abidələr – Cəlilabadın Göytəpə şəhərində yerləşən kilsə və “Qazan köşkü” tarixi abidəsi və hamamdır (19-cu əsr).

Həmçinin qeyd olunub ki, tarixi abidələr dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib, burada mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir.