Somer həbs edildi

Somer həbs edildi
2397 dəfə oxunub
  • A-
  • A
  • A+

"TV8" kanalında yayımlanan “MasterChef Türkiyə" proqramının aparıcısı,  aşpaz Somer Sivrioğlu barəsində həbs qərarı qəbul olunub.

Axşam.az xəbər verir ki, buna səbəb aşpazın 2022-ci ildə Beşiktaşdakı restoranının təmir işləri zamanı uçan divarın altında qalaraq 1 nəfərin ölməsi və digərinin yaralanması ilə nəticələnən hadisə ilə bağlı məhkəmə işi olub.

2 ildir davam edən məhkəmə prosesinə bu gün yekun vurulub.

Məhkəmədə Somer Sivrioğlu və işçiləri Kazım Evirgen və Kadri Berk Camala ehtiyatsızlıqdan ölüm və yaralamaya səbəb olmaq maddəsi ilə 6 il 8 aya qədər həbsi ilə bağlı qərar verilib.

Daha sonra cəza 5 il 6 ay 20 günə endirilib.