"Nə yaxşı ki, Gənirə Ataşova cəsarət tapıb ölkədə bəzi cərrahlar haqqında fikirlərini bildirdi. Son iki aydır sükut içində olan və əmrlə hərəkət edən bəzi dırnaqarası televiziyaların rəhbərləri və aparıcıları indi dilə gəlib həkimlər haqqında fikirlər səsləndirirlər".
Axşam.az xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə yazıb. Prodüser son günlər ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın həkimlərlə bağlı paylaşımına münasibət bildirib:
"Belə aparıcılar o savad diplomlarınızı qaynadıb suyunu başınıza tökün, bəlkə ağlınız yerinə gələr. Əvvəlcə, cəmiyyətdə kanallarınız haqqında insanların fikrini öyrənin. Çünki sosial mediada sizin o verilişlərinizdə danışdığınız “dırnaqarası qəhrəmanlıqlardan” heç kim yazmır. Ona görə də səmimi olun! Maraqlı bir şey demək istəyirsinizsə, vaxtını gözləməyin ki, kimdənsə icazə alıb danışasınız. Bu yol artıq keçməz. Bir az özünüz olun. İndi guya, "naftalin" verilişlərində cərrahları tənqid edirlər. 1 aydan çoxdur Qənirə Ataşova bundan danışır, niyə danışmırdınız?".