Rusiya vətəndaşlarının Azərbaycanda qalma müddəti ilə bağlı qaydalar dəyişdi

Rusiya vətəndaşlarının Azərbaycanda qalma müddəti ilə bağlı qaydalar dəyişdi
1175 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib.

Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, viza tələb olunmayan qaydada Azərbaycana gələn Rusiya vətəndaşlarının və Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.

Bu qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.