Sabah Bakıda atəşfəşanlıq olacaq - Yenilənib

Sabah Bakıda atəşfəşanlıq olacaq - Yenilənib
1014 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil ediləcək.

Axşam.az Report-a istinadən xəbər verir ki, şəhər sakinləri və qonaqlar atəşfəşanlığı seyr etmək üçün dekabr 31-i saat 00:00-da Dənizkənarı Milli Parka, Saat qülləsinin ətrafına gələ bilərlər.

***

“Report”un əldə etdiyi məlumata əsasən, Bakıda Dənizkənarı Milli Parkda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert porqramı nəzərdə tutulmayıb.

Hər il ənənəvi olaraq təşkil edilən konsert proqramı ilə bağlı bulvarda heç bir hazırlıq işləri görülməyib, səhnə quraşdırılmayıb.