Ferdi Tayfurun vəsiyyəti

Ferdi Tayfurun vəsiyyəti
2602 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün vəfat edən türkiyəli müğənni Ferdi Tayfurun vəsiyyəti üzə çıxıb.

Axşam.az xəbər verir ki, sənətçi son illərdə verdiyi müsahibədə mahnılarının müəllif hüquqları ilə bağlı bu açıqlamaları verib:

"Həyatda olduğum zaman da, öldükdən sonra da mahnılarımı hər kəs ödəniş etmədən dinləyə bilsin. Çünki o mahnıları mənim uşaqlarım və ya mirasçılarım yazmadı. O mahnıları mən yazdım. Xalq eşitsin, insanlar faydalansın deyə yazdım".

Qeyd edək ki, müğənni dünən Antalyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.