Dünyanın ən yaşlı insanı Tomiko İtuka 116 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, adı Ginnesin Rekordlar Kitabına düşən qadın qocalar evində təbii səbəblərdən dünyasını dəyişib.
Qeyd edək ki, T.İtuka 2024-cü ilin sentyabrında - 117 yaşlı ispaniyalı Mariya Branyas Moreranın ölümündən sonra dünyanın ən yaşlı sakini kimi tanınıb.