Hollivud ulduzu Ancelina Colinin qardaşı, 51 yaşlı Ceyms Xeyven evlənib.
Axşam.az xəbər verir ki, o, 42 yaşlı televiziya ulduzu Romi Mari İmbelli ilə evlənib.
Cütlük Kaliforniyanın Laquna-Biç sahil qəsəbəsində təvazökar toy edib. Mərasimdə onların yalnız ən yaxınları iştirak etsə də aralarında Coli görünməyib.
Mərasimdə Ceymsin atası, 86 yaşlı aktyor Con Voight iştirak edib.

