Bakıda insident törədən idmançılar saxlanıldı

Bakıda insident törədən idmançılar saxlanıldı
1389 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident  törətməsi barədə məlumatlar yayılıb. 

Axşam.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən - Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar. 

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.