Azər Baxşəliyevin dəfn yeri bəlli oldu - Video

Azər Baxşəliyevin dəfn yeri bəlli oldu - Video
3174 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, aktyor Azər Baxşəliyev vəfat edib.

Axşam.az xəbər verir ki, hazırda mərhumun cənazəsi Heydər məscidinə aparılır.

O, "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. 

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. Mərhum bir neçə gündür süni tənəffüs aparatına qoşulmuşdu.

Video: Orxan Şərəfxanov