Mərhum aktyor Azər Baxşəliyevlə vida mərasimi keçirilir.
Axşam.az xəbər verir ki, ailə üzvləri, sənət dostları mərhumla vidalaşmaq üçün Heydər məscidinə toplanıb.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. Mərhum bir neçə gündür süni tənəffüs aparatına qoşulmuşdu.
O, "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Foto: Orxan Şərəfxanov