Xəbər verdiyimiz kimi, bir neçə gündür ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yanğınlar başlayıb.
Axşam.az-ın məlumatına görə, ərazidə olan bir çox evlər yanaraq kül olub. Müğənni Nura Suri böyük oğlunun da həmin ərazidə yaşadığını bildirib.
Sənətçi "Yanğın böyük oğlumun evinə çatır. Yatmamışam həyacandan. Burada ürəyim partlayır. Təxliyyə olunmalıdırlar" deyə, paylaşımında yazıb.
Qeyd edək ki, Nuranın 3 oğul övladı var. Onun böyük oğlu ailəlidir və Amerikada yaşayır.