Markdan pandemiyada ona göstərilən təzyiqlərlə bağlı etiraf

Markdan pandemiyada ona göstərilən təzyiqlərlə bağlı etiraf
567 dəfə oxunub
  • A-
  • A
  • A+

"Meta"nın rəhbəri Mark Zukerberq ABŞ-nin Prezidenti Co Bayden administrasiyasının pandemiya dövründə platformada senzuralar tətbiq etmək üçün onlara təzyiq göstərildiyini etiraf edib.

Axşam.az xəbər verir ki, onun sözlərinə görə, Ağ evin əsas təzyiqləri COVID-19 pandemiyası zamanı vaksinlərin yan təsirləri ilə bağlı yazılan paylaşımlar olub.

"Bayden administrasiyasından komandamıza zəng edərək qışqırır və təhqir edirdilər. Peyvəndlərin yan təsirləri ilə bağlı yazıları silmək üçün bizə güclü təzyiq göstərdilər" deyə, Mark vurğulayıb.