Xəbər verdiyimiz kimi, Türkiyədə prokurorluq idarəedici şirkətlər və kastinq agentlikləri ilə bağlı araşdırmaya başlayıb.
Axşam.az-ın məlumatına görə, istintaq çərçivəsində İstanbul Respublika Prokurorluğu “İD Consultancy” şirkətinin sahibi Ayşe Barımın ölkədən çıxışına qadağa qoyulub.
Qeyd edək ki, Barım haqqında sosial mediada bir çox iddia səsləndirilib. Ümumilikdə, 21 şirkət barəsində araşdırma davam edir.
Barım Türkiyədə məşhur aktyor və aktrisaların meneceridir.