Son günlər vatsap platformasında Daxili İşlər Nazirliyi adından göndərildiyi iddia edilən xəbərdarlıq mesajları yayılıb. Belə ki, sözügedən mesajda vətəndaşlardan diqqətli olmaları, mənzillərin ətrafında özlərini daxili işlər işçisi kimi təqdim edən bir qrup şəxsə inanmamaları vurğulanıb.
Axşam.az-ın məlumatına görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, vatsap qruplarında qurum adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir.
“Bununla bağlı tərəfimizdən hər hansı məlumat paylaşılmayıb. Naməlum şəxslərin hansısa yoxlama, sorğu aparması ilə bağlı polis orqanlarına hər hansı məlumat daxil olmayıb”, - rəsmi qurum bəyan edib.
