İnstaqram sosial şəbəkəsinin işində problem yaranıb.
Axşam.az xəbər verir ki, bu barədə “Downdetector” səhifəsi məlumat yayıb.
Qeyd olunub ki, istifadəçilər tətbiqin işləməməsindən, serverə giriş problemlərindən şikayət edir.
Nasazlıqdan xüsusilə ABŞ, Braziliya, Böyük Britaniya, Kanada, Niderland və Fransanın sosial şəbəkə istifadəçiləri şikayətçidirlər.