Sabah hava belə olacaq

Sabah hava belə olacaq
1182 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata əsasən, Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % proqnozlaşdırır. 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.