Çimnaz Sultanovanın ölüm səbəbi açıqlandı - Rəsmi

Çimnaz Sultanovanın ölüm səbəbi açıqlandı - Rəsmi
4698 dəfə oxunub
  • A-
  • A
  • A+

"Heybətova Çimnaz Mütəllim qızı 2021-ci ildən etibarən Bakı Sağlamlıq Mərkəzində altı dəfə tibbi xidmət alıb. Həmin ilin mart, iyul aylarında, 2023-cü ilin iyulunda, 2024-cü ilin aprel, oktyabr və noyabrında stasionar cərrahi müalicədə olub".

Bu sözləri Axşam.az-ın sorğusuna cavab olaraq Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova cavabında deyib. O bildirib ki, ötən gün dünyasını dəyişən aktrisa Çimnaz Sultanova onların klinikasında əməliyyat olunub:

"Böyük ölçülü törəmənin kəsilib götürülməsi, bağırsaq keçməzliyinin ləğvi əməliyyatı icra edilib. Patohistoloji müayinə zamanı “Leyomiosarkoma” təsdiq edilib. Xəstə kafi vəziyyətdə evə yazılıb və onkoloqun nəzarətinə göndərilib. Onkoloji Mərkəzdə radioterapiya qəbul edib. Növbəti dövrlərdə eyni xəstəliyin qarın boşluğunun müxtəlif orqanlarına metastazı, bağırsaq keçməzliyi, kəskin qarın əlamətləri ilə müraciət edib və cərrahi müalicələr alıb. İkinci əməliyyatından sonra da kimyaterapiya qəbul edib.

Sonuncu müraciətində qalça bağırsağının müsariqəsindən inkişaf edən bağırsaq mənfəzini tam tutan, bağırsaq keçməzliyi yaradan  “Qalça bağırsaq müsariqəsinin leyomiosarkoması Grade IV, Qaraciyər, sidik kisəsi, düz bağırsaq, nazik bağırsaq müsariqəsi və peritona metastaslar” diaqnozu ilə stasionar cərrahi müalicədə olub. Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb. Son günlərdə klinikamıza müraciət etməyib".

G.Kazımova əlavə edib ki, aktrisa xəstəliyinin konfidensiallığının qorunmasını tələb edib.

Qeyd edək ki, Ç.Sultanova ötən gün ad günündə dünyasını dəyişib.