"İmicmeykerim Ədalət Şükürov olub. Ondan öyrənmişən geyinməyi. Həyatda ondan çox şey öyrənmişən: ev dizaynmı, geyim tərzi".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Qonaqcanlı" verilişində deyib. Müğənni həmkarı Ədalət Şükürovdan və onun xanımından danışıb:
"Ədalət mənim həmişəlik dostumdur. Amma söz-söhbətə tez qulaq asır, mahiyyətinə varmır. Ədalət Şükürovun xanımı bacımdır, Aygün xanımı dünyalar qədər istəyirəm. Aygün xanımın sinif yoldaşları deyir ki, Ədalət Şükürovun həyatda ən böyük uğuru, var-dövləti Aygünlə evlənməyi olub. Səyahətə ilk dəfə Ədalətlə çıxmışam. Ondan sonra çox yerlərə getmişik".ə
Qeyd edək ki, Ə.Şükürov ailəlidir və iki övladı var.