Xəstəxanaya yerləşdirilən Ənvər Həsənovun vəziyyəti necədir?

Xəstəxanaya yerləşdirilən Ənvər Həsənovun vəziyyəti necədir?
473 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir.

Axşam.az xəbər verir ki, bu barədə "Report"a TƏBİB-dən bildirib.

Məlumata görə, iki gün bundan əvvəl vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb:

"Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir".

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

Yanvarın 17-də isə vəziyyətinin ağırlaşması səbəbilə Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.