ABŞ-nin birinci xanımı Melaniya Tramp öz kriptovalyutasını dövriyyəyə buraxıb.
Axşam.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"$Melania" adlı koin ilk saatda 24.000%-dən çox bahalaşaraq pik dəyərinə - 13 dollara çatıb.
Melaniya öz koinini Donald Trampın "$Trump" kriptovalyutasını təqdim etməsindən bir gün sonra bazara çıxarıb.
Qeyd edək ki, Donald Tarmp bir neçə saat əvvəl ABŞ-nin 47-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayıb.