Nəzrinin ölümü ilə bağlı həkim saxlanıldı

Nəzrinin ölümü ilə bağlı həkim saxlanıldı
2251 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurovanın ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev saxlanılıb.

Axşam.az “Report”a istinadən xəbər verir ki, Sənan Mehdiyev Nəsimi rayon Prokurorluğunda başlanan cinayət işi çərçivəsində şübhəli şəxs qismində saxlanılıb.

Onun 48 saat ərzində məhkəmə qarşısına çıxarılması gözlənilir.

Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, yanvarın 3-də "Mərcan klinikası"nda cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra Nəzrinin vəziyyəti ağırlaşıb. Koma vəziyyətində xəstəxanaya yerləşdirilən Nəzrin Mansurovanın həyatı xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurova Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.