Yanğın zamanı Mahsunla qızı orada olub - Foto

Yanğın zamanı Mahsunla qızı orada olub - Foto
2859 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzində baş verən yanğın zamanı məşhur müğənni Mahsun Kırmızıgül də qızı ilə yaxınlıqdakı hoteldə olub.

Axşam.az xəbər verir ki, müğənni bu haqda sosial şəbəkə hesabında yazıb. Mahsun 8 yaşlı qızı Lavinlə semestr tətili üçün Kartalkayaya getdiyini bildirib:

"Qızımla iki gün əvvəl Kartalkayaya semestr tətilində gəldik və gecə yarısı yanğın səslərinə yuxudan oyandıq. Böyük panika və çarəsizlik var idi. Yer sözün əsl mənasında can bazarına çevrilmişdi. Uşaqların və qadınların qışqırtıları eşidilirdi. Nə baş verdiyini anlamağa çalışarkən o dəhşət anları qan dondururdu.

Həlak olanlara Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Belə dramatik bir atmosferdə insanların çarəsizliyinə şahid olmaq mənə həyatın necə kövrək olduğunu bir daha xatırlatdı. Bu faciəli hadisə məni çox sarsıtdı. Oradan ayrılanda qızımı mənə "Ata, uşaqlar orada öldü” sualını verəndə içim qan ağladı".

Qeyd edək ki, yanğın zamanı ölənlərin sayı 76-ya çatıb