Xalq artisti Natiq Şirinov böyük qızı Sevillə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, nağara ifaçısı övladı və kürəkəni Semihlə birlikdə çəkdirdiyi fotonu sosial şəbəkədə izləyiciləri ilə bölüşərək onu təbrik edib:
"Sevil qızım, ömür ritminin 25 ili mübarek!".
Qeyd edək ki, N.Şirinovun 3 övladı var. Onun oğlu Ümid Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə ailəlidir. Sevillə Semihin toyu isə ötən ilin aprelində olub.
