Müğənnilər "Klip kimi ömür" adlı gecəyə yığışacaq

Müğənnilər "Klip kimi ömür" adlı gecəyə yığışacaq
240 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Nail Naiboğlu daha bir konsertinin anonsunu verib.

Axşam.az xəbər verir ki, rejissor iyunun 3-də sənət adamlarını bir araya yığacağını açıqlayıb. O bildirib ki, gecə Heydər Əliyev Sarayında keçiriləcək.

"Klip kimi ömür" adlı gecədə sənət adamları çıxış edəcəklər. Əməkdar artist Nailə İslamzadənin aparıcılıq edəcəyi konsertə türkiyəli ifaçı Küçük İbo da qatılacaq.