Morqenştern ləqəbi ilə tanınan rusiyalı reper Əlişer Tahiroviç axtarışa verilib.
Axşam.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi reperi xarici agentin fəaliyyətini tənzimləyən qaydaları pozmaqda ittiham edib.
İbtidai istintaq çərçivəsində əmlakına həbs qoyulan Morqenştern federal və dövlətlərarası axtarışa verilib.
Qeyd edək ki, Morqenştern 2022-ci ilin mayında "xarici agent" elan edilib.