SSRİ Xalq artisti Oleq Strijenov vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor 96 yaşında xəstəxanada dünyasını dəyişib. Fevralın 7-də Strijenovun işemik insult keçirdiyi bildirilib.
Qeyd edək ki, aktyor “Xoşbəxtliyin valehedici ulduzu”, “Ağ gecələr”, “At milçəyi”, “Sevimli klounum”, “Pyotrun gəncliyi”, “Maçalar kraliçası” və digər filmlərdəki rolları ilə tanınıb.