DİN körpəni vuran tərbiyəçi ilə bağlı araşdırmaya başladı - Video

DİN körpəni vuran tərbiyəçi ilə bağlı araşdırmaya başladı - Video
2071 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlıya şiddət göstərməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.

Axşam.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli APA-ya bildirib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Qeyd edək ki, hadisə baş verən özəl uşaq bağçasının Nizami rayonu ərazisində yerləşdiyi bildirilir.