"Şakir Paşa ailesi" serialının ulduzları "Re touch mag" dərgisinin yeni sayında yer alıblar.
Axşam.az xəbər verir ki, türkiyəli aktyor Cem Yiğit Üzümoğlu ilə italyan aktrisa Denise Capezza jurnal üçün kamera qarşısına keçib.
Buraxılışın üz qabığındakı fotoda Denise uzun, ağ transparan libası ilə diqqət çəkib.
Qeyd edək ki, ekran işində baş rolları Fırat Tanış, Vahidə Perçin, Məryəm Üzərli canlandırır.
