"Efirdə ailə-məişət mövzusu etməyin"

"Efirdə ailə-məişət mövzusu etməyin"
452 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qalmaqalla yox, sənətiniz, yaradıcılığınızla gündəmə gəlin. Ailə, məişət mövzuları ilə gündəmə gəlməyin".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov "İncə səhər" verilişində deyib. Müğənni sənət adamlarına səslənib. O bildirib ki, efirdəki qalmaqallar, bayağı mahnılar yığışdırılmalıdır:

"Yaxşı yerə getmir bu.... Bizə uşaq, analar, bacılar baxır. Hər evdə uşaq yetişir. Efir güzgüdür. Toyxanada nə istəyirlər oxusunlar, kiminsə həyatına qarışmıram. Amma efirdə yox. Efirdə bəstəkar mahnısı oxu".