"Super Bowl" ardıcıl ikinci ildir ki, ən çox izləmə rekordu qırır.
Axşam.az xəbər verir ki, matçın yayımına orta hesabla 126 milyon tamaşaçı baxıb.
Bu il tamaşaçı sayı ötən illə müqayisədə 2 faiz (123,4 milyon tamaşaçı) daha çox olub. Ən çox izlənmə saatı isə 20:00-dan 20:15-ə qədər olub və bu zaman 135,7 milyon insan matça tamaşa edib.
Qeyd edək ki, oyunda fasilə zamanı reperlər Kendrik Lamar və Dreyk çıxış ediblər.