"Oskar" mükafatlı məşhur amerikalı aktyor Kevin Speysi yenidən təcavüzdə ittiham olunub.
Axşam.az xəbər verir ki, bunu britaniyalı aktyor Ruari Kennon iddia edib. O, bildirib ki, 2013-cü ildə 21 yaşı olarkən Speysi Londondakı "Old Vic" Teatrında ona təcavüz edib. Həmin ərəfədə Speysi teatrın bədii rəhbəri vəzifəsində çalışıb.
O, aktyoru məhkəməyə verərək təzminat tələb edib.
Qeyd edək ki, K.Speysi beş həmcinsinə qarşı cinsi zorakılıqda ittiham olunurdu. O, bütün ittihamlardan bəraət alıb.