Əməkdar artist Tahir İmanov qardaşı Cabir İmanovla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, videoaçıqlama yayan aktyor çətin günlərdə onlara dəstək olanlara təşəkkür edib.
"Ailəmiz, kollektivimiz və öz adımdan hamıya təşəkkür edirəm. Çətin, sınaqlı günlərdə yanımızda oldunuz. Məmurlardan, kasıblardan, zənginlərdən tutmuş sadə insanlara kimi hamıya minnətdaram. Bir çox dövlət qurumları bizə dəstək oldular" deyə, T.İmanov paylaşımında deyib.
Qeyd edək ki, C.İmanov idman zalında infarkt keçirərək vəfat edib.