Oğlu ilə Dubaydan çıxa bilmədiklərini açıqladı - Video

Oğlu ilə Dubaydan çıxa bilmədiklərini açıqladı - Video
5376 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur modelyer İvana Sərt oğlu Atəşlə birlikdə Dubayda olduğunu açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib. Modelyer roket hücumları səbəbindən ölkədən çıxa bilmədiklərini bildirib.

"Dubaydayam. Atəş də yanımdadır. Əlbəttə qorxuruq. Roket səsləri eşitmək heç də asan deyil. Bu gün vəziyyət daha sakitdir. Burada olanlara tövsiyəm küçəyə çox çıxmayın. Düşünürəm ki, sabahdan uçuşlara icazə veriləcək" deyə, o, bildirib.