Müğənni Elvin Abdullayev yol hərəkət qaydasını pozub.
Axşam.az xəbər verir ki, sənətçi kəmər taxmadığı üçün 40 manat cərimə olunub. Bu haqda Elvin özü məlumat yayıb.
"Sözüm Gəncə prospekti, Ceyhun Həsənov küçəsində yaşayan sakinlərə aiddir. Dünən uşağı məktəbə düşürəndə kəmər taxmadığım üçün 40 manat cərimələnmişəm. Sürücü yerindən asılı olmayaraq - istər məhəllədə, istər yolda kəmər taxmalıdır. İllərlə bu məhəllədə yaşayırıq, belə şey görməmişik. Məhəllədə cərimə yazılır. Deməyim odur ki, artıq məhəllə aralarına da kamera quraşdırılıb. Kəmər taxın ki, cərimə olunmayasınız" deyə, ifaçı əlavə edib.