Aparıcı Aytəkin Mərdanova həyat yoldaşı Samir ilə foto paylaşıb.
Axşam.az xəbər verir ki, aparıcı şəkilləri qızı Nərgizin ad günündə çəkdirdiklərini bildirib. O, fotolara bunları yazıb:
“Gözəl sözlər, təbriklər üçün hər birinizə təşəkkür. Nərgizim, səni çox sevirik. Yeni yaşın xoş gəldi, gözəlim. Atanın, ananın sevimlisi”.
Qeyd edək ki, Aytəkinin Fərid adlı bir oğul övladı da var.