Çağla yeni sevgilisi ilə istirahətdə - Fotolar

Çağla yeni sevgilisi ilə istirahətdə - Fotolar
1317 dəfə oxunub
  • A-
  • A
  • A+

Model Çağla Şıkel ilə Erinç Ulutürk arasında yaşanan münasibət başa çatdıqdan sonra o, yeni sevgilisi ilə görüntülənib.

Axşam.az xəbər verir ki, Çağla sevgilisi Mertcan Tunca ilə ilk dəfə Çeşmədə kameralara tuş gəlib.

2025-ci ilin əvvəlində Erinç Ulutürklə münasibətə başlayan Şıkelin eşqi ilin sonlarına doğru bitmişdi. Məşhur model indi isə yeni sevgilisi Mertcan Tunca ilə tətil mövsümünü açıb.

Çimərlikdə xoş vaxt keçirən cütlük əvvəlcə dənizdə motosurf edib, daha sonra isə şezlonqda günəşlənib. Çağla Şıkel əvvəlcə özünə, daha sonra sevgilisinə günəş kremi çəkib. Cütlüyün romantik anları fotoqrafların obyektivinə əks olunub.

Qeyd edək ki, Çağla müğənni Emre Altuğla ailəli olub. Cütlüyün bu nikahdan iki övladı var.