Şuşada Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb.
Axşam.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında dualar edilib, Azərbaycan xalqı və dövləti üçün əmin-amanlıq arzulanıb.
Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlər yad olunub, ruhlarına dualar oxunub.