"Həmin adamı polisə şikayət etdim"

"Həmin adamı polisə şikayət etdim"
113 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan onu tənqid edən izləyicisini polisə şikayət etdiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Mədəni şou"da danışıb. O bildirib ki, onun yaradıcılığına mənfi fikir bildirən şəxslə polis idarəsində üzləşib:

"Bəzən məni qınayırlar ki, filankəslə sənin üstündə dalaşdım, küsdüm. Qohumlarım deyir ki, filankəs səni başa düşmədi, mən də dalaşdım. Cavab verirəm ki, niyə dalaşırsınız? Bəzən elə insan olub ki, mənə qarşı kobud söz işlədib. Mən də polisə müraciət etmişəm. Araşdırmışam, görmüşəm ki, məni necə başa düşə bilər? Ailə, parta görməyib, müəllim tərbiyəsi nədir bilmir, oxumayıb. Məni dərk etmək üçün mən keçən yolun kənarından tamaşa etməlisiniz".