Dünyanın ən bahalı çantaları - fotolar

Dünyanın ən bahalı çantaları - fotolar
9642 dəfə oxunub
  • A-
  • A
  • A+

Çanta hər bir xanımın sevimli aksesuarlarından biridir. Lakin bəzi çantalar var ki, onlar yalnız modelyerlərin kolleksiyasını bəzəyir.

Axşam.az Rusiya mətbuatına istinadən, dünyanın ən bahalı çantalarının siyahısını təqdim edir:

10. “Hermes” firmasının hazırladığı “Shiny Braise Red Porosus Crocodile Birkin” çantası timsah dərisindən hazırlanıb. O, Dallasda keçirilən “Heritage Auctions event” hərracında 95 min 600 dollara satılıb.

9. “Cleopatra Clutch” adlı aksesuar “Lana Marks” firmasınındır. Timsah dərisindən, 18 əyarlı qızıldan hazırlanan çantanı 2011-ci ildə Hollivud ulduzu Şarliz Teron “Oskar” mükafatlandırma mərasiminə götürüb. Onun qiyməti 100 min dollardır.

8. “Hermès”in bu çantası timsah dərisindən hazırlanıb. Qiyməti 113 min 525 dollardır.

7. “Diamond Birkin Handbag” ağ qızıl və qara timsah dərisindən hazırlanıb. Üzərinə 10 əyarlı brilyant qaşlar düzülüb. Qiyməti 122 min 500 dollardır.

6. “Urban Satchel Louis Vuitton Bag” adlı çanta qeyri-adi materiallardan hazırlanıb. Üzəri plastik şüşə, kağız və digər tullantılardan düzəldilib. Bu çanta 150 min dollaradır.

5. Qırmızı timsah dərisindən, 18 əyarlı ağ qızıldan və brilyant qaşlardan hazırlanan çanta 2011-ci ildə Dallasda hərraca çıxarılıb. Adının açıqlanmasını istəməyən bir nəfər çantaya 203 min 105 avro ödəyib.

4. “Lana Marks Cleopatra Clutch” məşhur amerikalı dizayner tərəfindən hazırlanıb. 18 əyarlı sarı qızıl, 776 rəngsiz brilyant və ağ timsah dərisi ilə dizayn edilmiş klaç modeli 250 min dollaradır.

3. “Chanel Diamond Forever classik bag” klassik çanta 334 brilyant qaşla, 3,56 əyarlı qızılla bəzədilib. Onun qiyməti 261 min dollaradır.

2. “Ginza Tanaka Platinum Handbag” yapon dizayner tərəfində hazırlanıb. Dünyada analoqu yoxdur. Yalnız bir ədəd hazırlanan çanta 208 əyarlıdır. 2128 rəngsiz brilyantla bəzədilib. Təmiz platin və digər dəyərli daşlarla dizayn olunub. Çantanın qiyməti 1,9 milyon dollardır.

1. “The Mouawad 1001 Nights Diamond Purse” adlı çanta “Ginnesin rekordlar kitabı”na da düşüb. 18 əyarlı qızılla, 4517 brilyantla hazırlanıb. Üzərində rəngsiz və yaşıl, çəhrayı qaşlar yer alıb. Çanta 2008-ci ildə 1,9 milyon dollara satılıb.