“Adını Fəriha qoydum” serialı ilə tanınan aktyor Çağatay Ulusoy - Emir narkotik maddə istifadə etməklə günahlandırıldıqdan sonra mediadan gizlənib.
Axşam.az-ın məlumatına görə, aktyor səksən gündən sonra ilk dəfə fotokameraların obyektivinə tuş gəlib.
Yaxın dostu, aktyor Can Yurtsevdi ilə dəniz kənarında gəzintiyə çıxan Çağatay paparatsilərdən qaçmağa çalışıb.
Jurnalistləri görən aktyor “Heç əhvalım yoxdur” deyərək avtomobilinə minib və oradan uzaqlaşıb.