"Maşa və ayı" Bakıda (Fotolar)

"Maşa və ayı" Bakıda (Fotolar)
5886 dəfə oxunub
  • A-
  • A
  • A+

Uşaqlarla bərabər böyüklərin də sevimlisi "Maşa və ayı" ANS-ə gəldi.

Məşhur Rusiya cizgi filminin qəhrəmanları bu gün İlqar Mikayıloğlunun aparıcılıq etdiyi "Günə Baxan"ın qonağı olublar.

Qeyd edək ki, "Maşa və ayı" aprelin 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çıxış edəcək. Sevilən cizgi qəhrəmanları bir gündə 3 seans 15:00, 17:00 və 19:00-da tamaşa göstərəcəklər.

Gürcüstanın “Multi-Pulti dünyası” teatrı “Maşa və ayı” tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Tamaşanın quruluşçu rejissoru Qoça Kviçadır.

ANS PRESS