Ilhamə Quliyevanın oğlu və gəlini (Foto)

Ilhamə Quliyevanın oğlu və gəlini  (Foto)
11846 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycan və Dağıstanın xalq artisiti İlhamə Quliyevanın oğlu Orxanın toyudur.
Toy mərasimi “Meridian” restoranında keçirilir. Əvvəlcədən deyildiyi kimi KİV təmsilçilərini restorana buraxmırlar.

Toyun təşkilatçısı Tolikdir. Toya gələnlər arasında, Nəzakət Teymurova, Yalçın Rzazadə, Bəhram Bağırzadə, və Tahir İmanov da var.

Xatırladaq ki, primadonnanın mətbuat xidməti bir neçə gün əvvəl toyla bağlı məlumat yaymışdı. Məlumatda qeyd olunrudu ki, sənətkarın bu xoş gününə dövlət və hökümət nümayəndələri, səfirlər, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, bir sözlə tanınmış və nüfuzlu şəxslər dəvətlidirlər. Açıqlamada daha sonra deyilir: «Bildiyiniz kimi, dördüncü hakimiyyət nümayəndələrinə, yəni jurnalistlərə hər zaman böyük hörmət və rəğbətlə yanaşan İlhamə Quliyeva bütün yaradıcılıq planlarını, sənət uğurlarını onlarla sevə-sevə paylaşıb. Lakin sənətkar şəxsi istəyi ilə bu ailə məclisinin qapalı şəraitdə keçirilməsini nəzərdə tutub. Bu səbəbdən də KİV nümayəndələrinin toy mərasimini yerindəcə işıqlandırmasına razılıq verməyib. Odur ki, toy məclisinə yalnız dəvətli qonaqlar buraxılacaqlar. Lakin mərasimdən sonrakı günlərdə toyun ən maraqlı və vacib məqamlarının əks olunduğu görüntülər (foto və video çəkilişlər) böyük məmnuniyyətlə KİV əməkdaşlarına təqdim olunacaq. Ümid edirik ki, İlhamə xanımın bu istəyi jurnalistlər tərəfindən anlayışla qarşılanacaq”.

Mənbə: qafqazinfo