Türkiyənin cazibədar müğənnisi Bakıya gəldi

Türkiyənin cazibədar müğənnisi Bakıya gəldi
3474 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin tanınmış müğənnisi Ebru Polad Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, prodüser Pərviz Əsgərovun təşəbbüsü ilə paytaxtımıza gələn müğənni yaxın rəfiqəsi, gənc ifaçı Afaqın ilk albom təqdimatına təşrif buyurub.

Bakının dəbdəbəli otellərinin birində yerləşən Ebru vətənimizi ilk dəqiqələrindən bəyənib.

 Müğənni bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkə hesab olduğundan özümü yad bir şəhərdə hiss etmir:

“Havalar İstanbuldan daha soyuq olsa da, insanların istiliyini elə təyyarədən enən kimi hiss etdim. Rəfiqəm Afaqın təqdimatı ilə yanaşı şəhərinizi doyunca gəzməyi də planlaşdırıram. Buraya sonuncu dəfə 4 il öncə gəlmişdim. Bakı çox gözəldir".

Türkiyəli ulduz paytaxtımızda konsert proqramı ilə çıxış edəcəyini də istisna etmədi:

"Bu dəfə konsert üçün gəlmədim. Sırf dostuma görə buradayam. Ancaq anons edim ki, yay aylarında Bakıda çıxış etməyi düşünürəm. Hazırda bir neçə ölkədə konsert turum var. Hər həftə ən azı iki konsert proqramı ilə çıxış edirəm".

Qeyd edək ki, Ebru yerli sənətçilərimizdən xalq artisti Aygün Kazımovadan başqa heç kimi tanımayıb:

"Mən Aygün Kazımovanı tanısam da, bir tək Afaqı dinləyirəm. Anons da etmək istəyirəm ki, hər kəs hazır olsun, çünki yerli şou-biznesə, maqazin dünyasına çox güclü bir səs gəlir".

"Afaq sizin gəlməyiniz üçün nə qədər qonorar ödəyib" sualına isə müğənni lap təəccübləndi:
"Vay-vay, nə pul, nə danışırsınız? Mən əksinə, bura gəlmək üçün bir neçə konsertimi təxirə salıb, puldan vaz keçmişəm. Afaq mənim çox yaxın rəfiqəm və mən onu tək qoya bilməzdim".